Efirdə Aytən Səfərovadan Səidə Sultanın geyiminə irad - "Sinəsi açıq geyinib efirə gəlib..."

  • 18.05.2018
  • 0

Ötən gün ATV telekanlında yayımlanan "XL" şounun qonağı müğənni Səidə Sultan olub.

GoldNews.az xəbər verir ki, efirdə müğənni ailə həyatı qurmamasından danışıb. O, sevmədiyi insanla ailə qurmaq istəmədiyini söyləyib.

Aparıcı Aytən Səfərova isə onun geyiminə zarafatla irad bildirib:

"Ay Səidə, indi efirdə baxıb deyirlər ki, ərə getmək istəyir, sinəsi açıq, qollar çöldə gəlib efirə".

Səidə Sultan isə cavabında "məni sevən məni olduğum kimi alacaq, sevəcək, bəyənəcək" , - deyə cavab verib.