152 gündən sonra tapılan Fəridənin ürəkdağlayan şeiri: "Qadın olsun..qadın ölsün"

  • 18.05.2018
  • 0

Xəbər verdiyimiz kimi, “Gilavar” Hava və Ekstrim İdman Klubunun 5 aydır itkin düşən 3 üzvünün (Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə) meyiti tapılıb. 


“Qafqazinfo” bu məqamda aylardır sosial şəbəkələrdə hamının paylaşdığı, müəllifi Fəridə Cəbrayılzadə olan "Bir qızım olsun..." şeirini təqdim edir:


Bir qızım olsun 

Sahib ola bilmədiklərimi ona verə bilim, 

Ola bilmədiklərimi deyim 


Bir qızım olsun 

Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim, 

Əclafların qarşısında üzülməməyi öyrədim. 

Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar


Bir qızım olsun, 

Söz versin, insanlara tez inanmasın, 

Tez ürəkdən bağlanıb, qucağını açmasın, 

Alət kimi bir gecəlik olmasın, 

Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın

Aciz olmasın, sükut etməsin

Yüksəklərdə qanad çırparkən süqut etməsin.


Bir qızım olsun 

Dul qalsa əgər, 

Təhqir olunmağına izn verməsin. 

Başqalarının əmlakı olmadığını bilsin, 

Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin. 


Bir qızım olsun, 

Ona deyim ki, səsinə cəsarət qatsın

Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz, 

Əgər ana ola bilməsə kişilər ölməz !


Bir qızım olsun

Evli qadına rəhm edə bilsin,

Kişi icazəsi olmadan nəfəs ala bilsin,

İstəyirəm Quşları Qəfəssiz çəkə bilsin. 

Mələk olsun istəmirəm..səhvləri olsun, 

İstəyirəm qadın olsun..qadın ölsün. 


Budur qadınlıq!

Bir qızım olsun 

Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,

Kimsə qadına şiddətə cəhd etməyəcək.

Kimsə onu incitməyəcək.


Qeyd edək ki, Fəridə 1991-ci ilin martın 15-də Masallı rayonunda anadan olub.

Nə düşünürsən?