Alpinistlərin haradan tapıldığı açıqlandı

  • 17.05.2018
  • 0

Onların meyitlərini tanımaq mümkün olub

5 aydır axtarışları aparılan və 16 may tarixində tapılan 3 alpinistin meyidi Quba rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.Yaxın saatlarda alpinistlərin meyiti Bakıya göndəriləcək.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.

Fövqəladə hallar nazirliyinin xüsusi riskli xilastemə xidmətinin qrup rəhbəri axtarışla bağlı təfərrüatları Real TV-yə açıqlayıb.

Xilasedicilərin sözlərinə görə, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə 4 m dərinlikdə aşkarlanıb.

Alpinistlərin çadırda olduqları zaman uçquna düşdükləri ehtimal olunur.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar.

Nə düşünürsən?