Afaq Bəşirqızı nəvəsinə təmtəraqlı ad günü keçirdi

  • 16.05.2018
  • 0

Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti, “Şöhrət” orednli aktrisa Afaq Bəşirqızı nəvəsi Bəşir üçün təntənəli ad günü məclisi təşkil edib. 15 yaşına qədəm qoyan Bəşirin xoş gününə qohum və dostları ilə yanaşı sənət nümayəndələri də qatılıb. Aparıcılığı əməkdar artist Vasif Məhərrəmliyə həvalə edilən məclisə A.Bəşirqızı nəvəsi ilə birgə zala daxil olub. Xalq artisti qonaqları salamladıqdan sonra ürək sözlərini deyib: “Mənim üçün çox əziz gündür. Bəşirimin 15 yaşı tamam olur. Çoxdandır nəvəmin doğum gününü tpyundan öncə təntənəli qeyd etməyi arzu edirdim. Bu xoş günümü mənimlə bölüşdüyünüz üçün hər birinizə təşəkkür edirəm”.

Nə düşünürsən?