Prezidentin bacısı oğluna vəzifə verildi

  • 16.05.2018
  • 0

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib. MOK-un mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib. Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq. BIG AZ

Nə düşünürsən?