Biləsuvarda ŞOK! Şagird məktəbdə öldü

  • 16.05.2018
  • 0

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.

 

Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.

 

 

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?