Samirəni əsəbləşdirdi: “Ora-buralarını şişirdənlər…”

  • 16.05.2018
  • 0

“ARB” TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişində sənətçi özündən çıxıb.

Minval.info xəbər verir ki, aparıcı Elgiz Əkbər proqrama dəvət etdiyi qonağını əsəbləşdirib.

Belə ki, o, meyxanaçı Samirə Yusifqızından bu yaşda pəhriz saxlamasının və plastik əməliyyat etdirməsinin səbəbini soruşub.

Elgiz Əkbər eyni zamanda “Nənə olandan sonra…” sözlərini əlavə edərək ona atamaca atıb:

Samirə isə emosianal tərzdə onun sualına belə cavab verib: “Necə olur, şou-biznesin nənə olanları gedib yüz dənə plastik əməliyyat etdirir, ora-buralarını şişirdir, özlərini gözəlləşdirir? Onlara olar, amma mənə yox? Mən də istəyirəm həyatımı dəyişim, özəl insanım olsun. Amma hələ ki, yoxdur”

Nə düşünürsən?