Tolik: "Oksana ailə qurmaq yox, süni mayalanma ilə övlad istəyir..."

  • 15.05.2018
  • 0

Rəqqasə Oksana Rəsulovanın süni mayalanma yolu ilə hamilə qalması xəbəri şou-biznesdə müzakirələrə səbəb olub. 

Axşam.az-ın məlumatına görə, bu dəfə prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində xəbəri müzakirə edib. Tolik rəqqasənin bu addımını dəstəklədiyini bildirib:

"Süni mayalanma Azərbaycanda yeni olduğu üçün kəskin reaksiyalar olur. Bilirik ki, Oksana Rəsulova süni mayalanma nəticəsində övlad dünyaya gətirmək istəyir. Hansısa aparıcılar çıxıb, ona irad bildirirlər ki, bu uşaq atasız böyüyəcək, nə bilim nə..! Bu, dünyada var. Oksana Rəsulova nə Filip Kirkorovdan, nə də Ronaldodan böyük insandır. Amma bir insan əgər belə yaşamaq istəyirsə, etsin. 

Bu gün şou-biznes elə bir meydandır ki, ailə qurub ayrılırlar, vay. Arvad alırlar pis çıxır, vay. Deyirlər yalandan evləndi. Bu xanım da fikirləşdi ki, mən bir dəfə Elşad Xose ilə ailə qurdum, övladım olmadı. İndi mən istəmirəm kiminləsə ailə qurum, həyatımı övladıma həvalə etmək istəyirəm. Mən süni mayalanma ilə övlad istəyirəm. Bunu niyə qınaq obyektinə çevirib, reklam qazanırsınız ki, özünüzə? Birinci Allahdan qorxun. Süni mayalanmanı da yaradan Allahdır. Bu, Allahın rizası ilə olan bir şeydir. Gəlin Allahın işinə qarışmayaq".

Qeyd edək ki, aparıcı İlqar Mikayıloğlu rəqqasənin ünvanına sərt sözlər yazaraq "Qadın atasız süni mayalanma ilə uşaq dünyaya gətirir. Və ya kiminləsə yatır, adını qoyur ki, süni mayalanma elədim" deyib.

Nə düşünürsən?