Günay İbrahimli "Bandotdel"ə verildi: "225 min borcu var. Hara kimi qaçacaq?"

  • 15.05.2018
  • 0

Müğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılmasının təfərrüatı məlum olub. Axşam.az xəbər verir ki, criminal.az saytı bu gün müğənninin xanım sponsoru Nuriyyə Əhmədovanın G.İbrahimli barəsində ''Bandotdel''ə şikayət etməsi barədə məlumat dərc edib. İş adamı ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. Şikayət əsasında G. İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. G.İbrahimlinin mətbuat katibi yayılan xəbərlərin həqiqəti əks etdirimədiyini deyib: "Boş söhbətdir, yalandır. Bu xəbərlərin heç bir əsası yoxdur. Günay İbrahimli hazırda Türkiyədədir, özü də bu haqda "instagram"da "story" paylaşıb. Yazılan xəbərlər boş və əsassızdır. Günay özü bu haqda açıqlama verməyəcək”.

Nə düşünürsən?