Fransa 10 - 0 Azərbaycan (VİDEO) Unudulmaz oyun :(

  • 15.05.2018
  • 0

Fransa 10 - 0 Azərbaycan.

6 sentyabr 1995-ci ildə Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində baş tutmuş və Fransanın 10:0-lıq qələbəsi ilə nəticələnən qarşılaşma. Oyun Azərbaycan futbol tarixinə Azərbaycan millisinin ən böyükhesablı məğlubiyyəti kimi, Fransa futbol tarixinə isə Fransa millisinin ən böyükhesablı qələbəsi kimi düşmüşdür.

Oyun Futbol üzrə 1996-cı il Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupu üzrə keçirilirdi. Bu, Fransa və Azərbaycanın qrupda keçirəcəyi 8-ci oyun olacaqdı. Azərbaycan millisi turnirə qatılmaq şansını artıq itirdiyi halda, Fransa hələ də turnirə vəsiqə uğrunda mübarizə aparırdı. Oyundan öncə Fransanın ən böyükhesablı qələbəsi 8:0 idi və bu komandalar üzərində əldə edilmişdi: Lüksemburq (20 aprel 1913), Lüksemburq (17 dekabr 1953) və İslandiya (2 iyun 1957). Azərbaycan isə bu oyuna qədər ən böyükhesablı məğlubiyyətini 19 aprel 1994-cü ildə yoldaşlıq oyununda Maltadan (0:5) almışdı.

Mənbə: bakucafe.com

Nə düşünürsən?