Sayğacların plomları Azərqaz tərəfindən qırılır? - ŞOK İDDİA

  • 15.05.2018
  • 0

"Durduğu yerdə bu plomblar niyə qırılır? Qırıldığı gün Azərqaz gəlir, cərmələyir."

Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində ötən gün də maraqlı anlar yaşanıb. Ölkənin tək araşdırmalı sosial verilişində bu dəfə də müəmmalı məqamların üstü açılıb. Teleaparıcı Amil Xəlil müxtəlif qəsəbələrdən görüntülər tamaşaçılara təqdim edib. Qaz sayğaclarının plomblarının qırılmasndan danışan sakinlər şikayyətlərini dilə gətiriblər. Onların sözlərinə görə hər həftə sayğaca məbləğ əlavə ediblər. Bu zaman plomb sayğacda olub. 2 gün sonra "Azərqaz" ASC-nin əməkdaşları gəlir və cərimə yazır ki, plomb qırılıb. Sakinlər iddia edib ki, illərlə bura gəlməyən əməkdaşlar necə oldu ki, bir gün ortaya çıxdı? Daha bir sakin isə açıq aşkar plombun "Azərqaz"ın əməkdaşları tərəfindən qırıldığını vurğulayıb..."Mən ona sübut edə bilmədim ki, plombu sən qırdın" deyə şikayyətçi bildirib.
Daha sonra Amil Xəlil "Azərqaz" ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə görüşüb. Baş verənlər haqqında danışan rəsmi nümayəndə məsələnin araşdırılacağını qeyd edib.

Xatırladaq ki veriliş həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında  Space Tv-də yayımlanır.

Nə düşünürsən?