Qarabağ atları üzərində atçılıq şousu Britaniya kraliçasını valeh edib

  • 14.05.2018
  • 0

Qarabağ atları üzərində atçılıq şousu Böyük Britaniya kraliçasını valeh edib.

Xezerxeber.az-ın məlumatına görə, mayın 10-13 tarixlərində britaniya kraliçasi ii elizabetin doğum günü ərəfəsində təşkil olunan  "Royal Windsor Horse Show”adli tədbirdə xalqimizin mədəni sərvəti olan Qarabağ atları üzərində hazırlanmış "Od­lar yurdu - Azərbaycan" adlı möh­təşəm şou proqram böyük rəğbətlə qar­şılanıb. 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazır­lanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkə­zində olub. Bu il 75 illik yubileyini qeyd edən "Royal Windsor Horse Show”  atçılıq tədbirində Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən işti­rak etməsi nəticəsində tamaşaçılar vətənimizin mərdlik, igidlik, şücaət simvollarindan olan Qara­bağ atına valeh olub. Təsadüfi deyil ki, 1956-ci ildə II Elizabetə hədiyyə olunan ilk Qara­bağ atı - "Zaman" Böyük Bri­taniyada Azər­baycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb. "Land of Fire - Azerbaijan”  adlı bədii kom­pozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə "Natiq" ritm qrupunun ecazkar musiqi müşa­yiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının belində inanılmaz və möhtəşəm atçılıq məharəti nümayiş etdiriblər.

Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, kraliça II Elizabetə Qarabağ atının tuncdan hazırlanmış heykəlini hədiyyə edib.

Nə düşünürsən?