Reketliklə pul qazanan "jurnalist" ifşa edildi

  • 14.05.2018
  • 0

Mağaza və digər obyekt sahiblərinə, hətta mal-qarası olan vətəndaşlara hədə-qorxu gələrək onlardan pul tələb edən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Zərdab rayonunun Çallı kənd sakini 30 yaşlı Qənimət Məmmədov özünü jurnalist kimi təqdim edərək rayon ərəzisində magaza və digər obyekt sahiblərini sosial şəbəkələrdə rüsvay etməsi ilə hədələyib, onlardan xeyli pul tələb edib.

Bir neçə sahibkar eyni hadisə ilə üzləşdikdə polisə müraciət ediblər. Polis əməkədaşları hadisələrin araşdıraraq Qənimət Məmmədovu şübhəli şəxs qsimində saxlayıblar. Məlum olub ki, o, təkcə Zərdabda yox, Ucar rayonunda da eyni əməlləri törədib.

Polis əməkdaşları Qənimət Məmmədovun müxbir vəsiqəsindən istifadə edib, başqa kimlərə qarşı hədə-qorxu gəlməsini araşdırılır.

Nə düşünürsən?