"Qızımın atasının başqa ailəsi var" - Günel etiraf etdi

  • 14.05.2018
  • 0

Müğənni Günel Ələkbərova uzun müddətdən sonra kameralar qarşısına keçib. 


Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Atv maqazin onlarla" ya danışan müğənni şəxsi həyatı və sənəti haqqında açıqlamalar verib. 


Bir qız anası olan Günel bildirib ki, rəsmi nikahı yoxdur. O, qızının atasının başqa ailəsi olduğunu etiraf edib:


"Bəli, ailəlidir. Heç kimin ailəsini dağıtmamışam. Əsla etmərəm. Məndən öncə nə olubsa, onun mənə aidiyyəti yoxdur. Qızım üçün yaşayacam. Hər zaman bahalı maşınlarım olub. İndi maşınım yoxdur, avtobusdan da istifadə edə bilərəm. Bundan utanmıram da. 


Rəsmi nikah yoxdur, kəbin var. Əsas odur ki, övladım halallıqla dünyaya gəlib. Qızıma görə heç də peşman deyiləm. Övladımın anası da, atası da yanındadır". 


Günel hər zaman gəlinlik geyinmək arzusunda olduğunu söyləyib:


"Bir gənc qız kimi istəmişəm, arzum olub gəlinlik paltarı geyinmək. Amma mən xonçası oynamayanlar silsiləsinə aidəm. Arzum ürəyimdə qaldı. İndi nə etmək olar. Eybi yox belə də olur".


Milli.Az

Nə düşünürsən?