Ramazan ayında müğənnilər oruc tutacaqmı?

  • 14.05.2018
  • 0

Ramazan ayına sayılı günlər qalıb. Dini baxımdan toylara qadağa olmasa da, xalqımız bu ayda toy şənlikləri keçirmir. Bu səbəbdən də Ramazan ayı gəliri toylardan çıxan müğənnilərin pulsuz və bekar qaldığı aylardandır. Ona görə də müğənnilər bu ayda ya istirahət edər, ya da yaradıcılıqla məşğul olurlar.

Maraqlıdır, bəs bu ayda müğənnilər arasında kimlər oruc tutacaq, kimlər istirahət edəcək?

Musavat.com olaraq bu sualı bir neçə müğənnimizə ünvanladıq.

Картинки по запросу Müğənni Leyla Ramazanlı

Müğənni Leyla Ramazanlı hər il olduğu kimi bu il də oruc tutacaq: “Soyadım da elədir - Ramazanlı. Allaha inamım böyükdür. Ona görə də həmişə oruc tuturam. Ramazan ayında tətilə çıxmayacağam. Yaxın vaxtlarda təzə mahnım çıxacaq. Ona görə də tətilə çıxmıram, işləyirəm. Yeni mahnımı kliplə birgə təqdim edəcəyəm”.

Картинки по запросу Rahidə Baxışova

Rahidə Baxışova da hər il Ramazan ayında oruc tutanlardandır: “Bu il də oruc tutacağam. Tutulan oruclar Allah dərgahında qəbul olsun, İnşallah!”.

Картинки по запросу Müğənni Şəbnəm Tovuz

Müğənni Şəbnəm Tovuzlu Ramazan ayına ciddi hazırlıq görür: “Orucluqda bağa köçəcəyik. İnşallah, ailəlikcə oruc tutacağıq”.

Картинки по запросу Lalə Məmmədova

Konsertə hazırlaşan Lalə Məmmədova müqəddəs ayda oruc tutmağı vacib bilir: “İşlərimlə əlaqədar səfərlərdə oluram, bacardığım qədər oruc tuta bilirəm. Oruc tutmağı vacib bilirəm. Çox gözəl ənənədir. Həm mənəvi, həm də fiziki cəhətdən insana çox böyük güc-qüvvə verən sınaqdır. Ramazan ayında bütün müsəlmanlara bu sınaqdan üzüağ çıxmağı arzu edirəm. İnşallah, bütün arzu niyyətlərin ən xeyirlisini qismət edər”.

Картинки по запросу Damla

Ulduzu son illərdə parlayan Damla isə səhhəti ilə əlaqədar oruc tuta bilməyəcək: “Sağlamlığım oruc tutmağa imkan vermir. Ramazan ayında gərgin iş qrafiki olacaq. Konsert hazırlıqları ilə məşğul olacağam”. 

Musavat.com

Nə düşünürsən?