Bakının ən “hozu” avtobus sürücüsünü siz də tanıyın

  • 14.05.2018
  • 0

Mayın 13-də paytaxtın Heydər Əliyev prospektinin geriyə dönmə yerində yol nişanının tələbinə məhəl qoymayan avtobusun sürücüsü maneə ilə toqquşub. Avtosfer.az xəbər verir ki, 10-TG-104 qeydiyyat nişanlı avtobusun sürücüsü geriyə dönərkən hündürlüyün məhdudlaşdırılması nişanına məhəl qoymayaraq geriyə dönmək istəyib. Lakin bu zaman avtobus körpüdən asılan maneə ilə toqquşub. Sürücü buna məhəl qoymayıb və maneəni qıraraq geriyədönmə manevrini başa çatdırıb. Sərnişinlər sürücünün bu hərəkətlərinə hiddətlənsələr də, sürücü heç kimə əhəmiyyət vermədən maneəni qıraraq oradan keçib.

Bax.tv həmin görüntüləri təqdim edir:

Nə düşünürsən?