Türkiyədə təyyarələr belə toqquşdu

  • 13.05.2018
  • 0

Türkiyənin Atatürk Hava Limanında iki təyyarə toqquşub.

Yenicag.az xəbər verir ki, Cənubi Koreyanın “Air Asiana” şirkətinin təyyarəsi manevr edərkən qanadı ilə Türkiyə Hava Yollarına məxsus “Airbus 321” tipli təyyarənin quyruq hissəsinə toxunub.

Yerli vaxtla saat 18:00-da baş verən heç bir xəsarət alan olmayıb. Amma hər iki təyyarəyə ciddi ziyan dəyib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub və mümkün partlayış və yanğının qarşısı alınıb.

“Air Asiana”ya məxsus “Airbus A330-300” tipli təyyarə 236 sərnişini ilə Cənubi Koreyanın Seul şəhərinə gedirmiş.

Nə düşünürsən?