İntihar edən qızın sözləri ÜRƏKLƏRİ DAĞLADI

  • 13.05.2018
  • 0

İntihar edən 15 yaşlı qızın qandonduran məktubu tapılıb. BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bədbəxt hadisə Adanada baş verib. Gürselpaşa Məhəlləsində 15 yaşlı qız özünü 13-cü mərtəbədən yerə atıb. Qız intihardan əvvəl bu məzmunda məktub yazıb: “İnşallah ölərəm, amma şikəst qalıb sizə möhtac olmaram”. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası qızı xəstəxanaya çatdırıb. Həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Gənc qızın cəsədi yarılmaq üçün ekspertizaya göndərilib. BIG AZ

Nə düşünürsən?