Mədət Quliyev gənclərə səsləndi

  • 13.05.2018
  • 0

DTX sədri Real TV-yə açıqlama verib

Paytaxtda “Bakı Marafonu - 2018” start götürüb.

Layihədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin bir sıra nazirlər də iştirak edir.

Marafonun açılıpş mərasimində iştirak edən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Real TV-yə açıqlamasında bildirib ki, “Bakı Marafonu - 2018” xalqımız, cəmiyyətimiz üçün çox vacib tədbirdir.

“Bu layihə xalqımızın birliyinin, sağlam gəncliyinin olduğunun göstəricididir. Bu birliyin təməlini ulu öndər qoyub. Cənab prezident isə bu uğurlu siyasəti müvəffəqiyyətlə davam etdirir. Bu qədər insanı məcburi şəkildə heç kim bura gətirə bilməz. Onlar ona görə bura gəlirlər ki, cənab prezidentin siyasətinə, Azərbaycanın gələcəyinə inanırlar”, - deyə Mədət Quliyev bildirib.

Qeyd edək ki, builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Nə düşünürsən?