Aytən Səfərova çəyirtkə yediyinə görə onu tənqid edənlərə cavab verdi

  • 12.05.2018
  • 0

Aparıcı Aytən Səfərovanın sosial şəbəkədə paylaşdığı foto tənqidlərə səbəb olub.


Axşam.az-ın məlumatına görə, aparıcı həşəratlardan hazırlanan Çin yeməyinin şəklini yayımlayıb və ondan dadıb.


Aytən şəklə “Yeyə bilərsinizmi? “XL şou” üçün Pekində yaşayan tamaşaçımızdan özümüz və qonaqlarımız üçün. Yaxın günlərdə görəcəyik kim 2 milyardlıq Çin xalqının yediyini dada biləcək. Ürəyi və mədəsi zəif olanlar baxmasın” sözlərini yazıb.


Səfərova ona yazılan tənqidlərə isə belə cavab verib:


“İstiotlu, duzlu kartof çipsi kimidir. Maraqlı qoxusu var. Elə bir kartof qızartmasıdır. Yeməmişəm, ay camaat. Sadəcə fotodur. Bunu görəndən sonra iki gündür heç nə yemirəm. Ancaq su içirəm”.

Nə düşünürsən?