Kim Kardaşyanla Rəqsanənin bənzər libası

  • 12.05.2018
  • 0

Amerika ulduz Kim Kardaşyan geyimi ilə diqqət çəkib.


Axşam.az-ın məlumatına görə, Kardaşyanın geyindiyi qara rəngli sinə dekolteli libasın eynisini bir vaxtlar müğənni Rəqsanə İsmayılova da geyinib.


Həmin paltarda Rəqsanə 2014-cü ildə Türkiyədə lentə aldırdığı “Alma məndən gözlərini” adlı mahnısına klip çəkdirərkən kamera qarşısına keçib. Libaslar arasında tək fərq Kardaşyanın geyiminin ətəyi qısa, Rəqsanəninkinin isə uzun olmasıdır.


Kim Kardaşyan paltarının məşhur Versace brendindən olduğunu bildirib.


Rəqsanənin klipdəki geyimi üzərində türkiyəli modelyer Hakan Akkaya çalışıb.

Nə düşünürsən?