21 yaşlı qız özünü körpüdən atdı

  • 12.05.2018
  • 0

Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

APA-nın xəbərinə görə, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.

Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində baş verib

Nə düşünürsən?