Güclü leysan İsmayıllı və Zaqatalada ciddi fəsadlar törədib

  • 12.05.2018
  • 0

İsmayıllıda güclü leysan və dolu xeyli fəsadlar törədib, ağaclar və elektrik dirəkləri aşıb, körpü uçub.

Ötən gün axşam saatlarından başlayan güclü yağış rayonda bir sıra fəsadlara yol açıb. Gecədən səhərədək yağan güclü leysan evlərə və hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib. Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki körpünü uçurub. Nəticədə də Sulut, Kələzeyvə və Sərsurə kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Rayonun dağlıq ərazidə yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnə Daxar və Zeyvə kəndlərinə isə güclü dolu düşüb. Buz parçaları meyvə bağlarına və əkin sahələrinə ciddi ziyan dəyib.

Sözügedən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb və bərpa edilməsi istiqamətində işlər aparılır.

Bu gün günorta saatlarında isə Zaqatalaya dolu yağıb. 10 dəqiqə davam edən və noxud iriliyində olan buz parçaları təsərrüfatlara ziyan vurub. Xüsusilə meyvə bağlarına və taxıl sahələrinə xeyli zərər dəyib.

Nə düşünürsən?