"Kefdədir, uşağından xəbəri yoxdur..." Xatirə İslam

  • 11.05.2018
  • 0

"Çıxıb deyirlər ki, müğənni ilə ailə qurmarıq, sənətçi övladını uşağımıza almarıq. Müğənnilər haqqında xoşagəlməz sözlər səsləndirilir ki, onların ailəsi olmur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Səhər-səhər" proqramında deyib. İfaçı sənət adamlarının tənqid olunmasından danışıb: "Tərəzinin gözünə qoyub baxaq, görün, sənət adamları öz övladını necə böyüdür, təhsil verir? Hamısı uşaqlarını oxutdurur. Oğlumun 5 yaşı var, 4 dil bilir. Əlimizə düşəni övladımızın təhsilinə veririk. Onları yüksək səviyyədə böyütməyə çalışırıq. Pis olsaq, deyərik, oxuma, ev də, maşın da alaram. Heç adi insanlar, müğənnilərə mız qoyanların uşağı hərf tanımır. Düzdür, həyatını özü üçün yaşayan müğənnilər də var. Öz həyatını qurur, kefdədir, uşağından xəbəri yoxdur. Ya da evində it saxlayır, belə olmaz".

Nə düşünürsən?