"Ərim bilir ki, mən ağlı başında olan qadınam" – Xuraman Şuşalı

  • 11.05.2018
  • 0

ARB Ulduz-un “Şou məkan” proqramının növbəti qonağı müğənni Xuraman Şuşalı olub.


Müğənni Xuraman Şuşalının artıq az-az görünməsinin kökündə vaxtının olmaması, ailə qayağıları dayansa da, üstəlik efirlərdən heç bir mənfəəti olmayan ifaçı elə ona görə də verilişlərə getməyə maraqlı deyil.


“Bəzən elə verilişlər olub ki, getmişəm, sonra özümə demişəm ki, bu üç saat burda oturmağın yerinə daha səmərəli işlərlə məşğul ola bilərdin. Sənə yaxın olmayan mövzuda olan verilişlərdə niyə iştirak edirsən? Düzünü deyim, vaxtım yoxdu. Vaxt olanda da onun arxasınca getməyə həvəs olmur. Düşünürəm ki, ona vaxt ayırdığıma övladlarıma ayıraram. Vaxtımı övladlarıma ayırmışam, bir də toya, xınaya . Bəlkə, orda da qazanc olsa, tez-tez efirlərə gedərəm”.


Bir vaxtlar səhnə üçün alışıb yanan, sənət üçün yuxusuz qalmağa belə razı olan o Xuramn hardadı, Ay Xuraman?


“İndi fikirləşirəm ki, nə qədər qurbanlar vermişəm. Yuxusuz gecələrim olub. Amma indi yuxum gəlirsə, deyirəm ki, yatım, çəkilişə sonra gedərəm. Çəkilişə bir saat qalmış da durub hazırlaşıb gedə bilərəm. Əvvəllər hansısa bölgəyə çəkilişə çağıranda gedirdim. İndi dəvət edirlər, deyirəm yox , inşallah yayda mənim özümlə gedərik. Ulduz xəstəliyi deyil bu. Sadəcə olaraq mən ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Düzdür, şükürlər olsun ki, evdə köməkçim var. Hər şeyi öhdəsinə buraxmışam. Etibar da edirəm. Amma yenə də düşünürəm ki, mən özüm yedizdirsəm, ondan yaxşı yedizdirərdim. Çalışıram ki , özüm edim. Yaxud atasıyla qalanda deyirəm ki, görən ac qalmadılar? Fikirləşirəm ki, birdən atasını əsəbiləşdirərlər, o da uşaqları vurar. Yoldaşım uşaq vuran deyil, amma böyük oğlum insanı dəli həddinə çatdıra bilir”.


Övladlarından danışanda gözlərinin içi gülən müğənni, ailəni sənətindən üstün tutub o yönə doğru getdiyi üçün, belə görünür ki, peşman deyil.

“Toydan, xınadan gec gəlsəm də, paltarımı dəyişib onların çantalarını yığıram. Səhər dərsə gedəcəklər deyə yumurta qaynadıram. Köməkçim yarım saat əvvəl gəlir, amma bilirəm ki , mən yola salmasam, ac gedəcəklər. Böyük oğlum dərsə gedir, balaca isə hazırlığa. Qapının ağzında mən bunlara ayaqqabı geyindirərkən, yedizdirirəm”.


Xuraman, söylədin ki, bəzən işinlə bağlı evə gec saatlarda gəlirsən, bəs həyat yoldaşın sənin işlərinə hansısa müdaxilələr edirmi, qadağalar qoyurmu?


“Yoldaşım bilir ki, mən ağlı başında olan insanam. Gec gəlirəmsə, deməli, əziyyət çəkirəm. Bilirki , bütün qazancım, əziyyətim övladımız üçündür. Arada deyir ki, nə olub özünü öldürürsən. Mən deyingən adamam . Deyirəm hə, atama, anama göndərirəm axı. Rəhmətlik anam deyirdi ki, bu qız burdan dalaşır, sonrada aşkım-aşkım deyib düşür bunun dalınca. Belə tərəfim olsa da, gözəl xasiyyətim də var”.


Xınalara başı qarışan Xuramanın məclislərdə dəridən-qabıqdan çıxması bir yana qalsın, eyni zamanda sənətini də davam etdirir.


“Qadınlar olan məclisdə onların könlünü xoş etmək çox çətindir. Həmişə nə isə tapırlar. Dəridən-qabıqdan çıxıram ki, hər şey yaxşı olsun. Toydan toy tuturam.


İki xına mahnısı yazdırdım. Biri həzin, biri isə oynaq mahnıdır. Sağ olsun İlhamə Adil qızı və Nazilə Yusifqızı. Çox gözəl xına mahnısı yazılar. Bir dənə də ritmik mahnı yazdırdım. Onun da musiqisi Yeganə Mikayılqızınındır. Yayın sonlarına qadınlar üçün konsert etməyi düşünürük. Əslində ideya özümündür. Amma təklif də gəlib. Fikirləşirəm”.

Nə düşünürsən?