İran sonunda bunu etdi: İsrailə raket zərbələri endirildi

  • 10.05.2018
  • 0

Suriyadakı İranl qüvvələri, bir hərbi mənbəyə görə İsrail ordusunun irəlidəki mövqelərini hədəf alaraq cümə axşamı tezdən İsrailin Suriyadan işğal etdiyi Colan Təpələrinə təqribən 20 roket fırlatdı.


Sözçü zabit Jonathan Conricus, İsrailin hücuma qarşılıq verdiyini söylədi, ancaq detallara girmədi. Əgər sübut olunsa, bu, İsrailə qarşı olan vəkalətli hərbi dəstələrdən deyil, birbaşa İran tərəfındən gerçəkləşdirilən ilk roket hücumu olacaqdır.


Conricus, roketlərin bir çoxunun Dəmir Qübbə roketdən müdafiə sistemi tərəfındən düşürüldüyünü söylədi. O, hər hansı bir itkinin fərqində olmadığını və İsraildəki müəssisələrin zərər görməsinin aşağı ehtimallı olduğunu söylədi.


İsrailli zabitin verdiyi açıqlamalarda, “bu olayı böyük bir ciddiyətlə görür və çox çeşidli senarilər üçün hazırıq” dedi.

Nə düşünürsən?