Ən bahalı gecənin məşhur qonaqları geyimləri ilə göz qamaşdırdı

  • 09.05.2018
  • 0

Nyu-Yorkda dünyanın ən dəbli və bahalı gecəsi – “Met Gala” baş tutub. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, əsasən geyimlərin nümayiş edildiyi gecəyə biletin qiyməti 30 min dollardan başlayır. Hər il keçirilən gecənin builki mövzusu “Heavenly Bodies: Fashion and the Catholic Imagination” (İlahi bədənlər: dəb və katolik xəyalları) idi. Qırmızı xalça üzərinə çıxan məşhurlar xaç formasında ornamentlərlə bəzədilmiş libaslar, ziyafət geyimləri, maraqlı baş aksesuarları seçiblər. “Met Gala”da geyimləri ilə diqqət çəkənlər arasında İrina Şeyk, Sindi Krouford, Cennifer Lopes, Bleyk Layvi, Kim Kardaşyan və başqaları olublar. Rihanna və Ketti Perri isə hər ilki ənənəsinə sadiq qalıb. Ən çox müzakirə edilən məşhur olmaq üçün hər il əmək sərf edən tanınmışlar yenə də buna nail ola biliblər. Perri Metropoliten muzeyinə ağ qanadlı paltarla gəlib. Rihanna isə miterə (Yepiskop baş geyimi) bənzəyən baş geyimində qatılıb.

Nə düşünürsən?