İsrail hərbçiləri hər yeri külə döndərdi

  • 09.05.2018
  • 0

İsrail hərbçilərinin Dəməşq ətrafında yerləşən Kisva ərazisinə raket zərbələrinin nəticələrini göstərən görüntülər yayılıb.

Publika.az xəbər verir ki, yutubda “Asem Saleh” adlı istifadəçi tərəfindən dərc edilmiş kadrlarda raket zərbələrindən sonra yanğının baş verdiyi görünür.

Kadrlara görə, ərazidə yanğınsöndürənlər və mülki müdafiənin əməkdaşları işləyirlər.

Yerli KİV-in məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin atdığı raketlərdən ikisini zərərsizləşdirməyi bacarıb.

İsrail Müdafiə Nazirliyi raket zərbələri ilə əlaqələrinin olmasını şərh etməkdən imtina edib. Lakin bəzi KİV-lər raket zərbələrinin hədəfinin İranın hərbi obyektləri olduğunu bildirirlər.

Nə düşünürsən?