"Halal çörək yeyin" - Aysundan işdən çıxarılan baş həkimə

  • 08.05.2018
  • 0

 müğənni Rəqsanə İsmayılovanın qızı ilə 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanmışdı.


Axşam.az-ın məlumatına görə, Aysun N.Əliyevanın körpələr evindən  ərzaqları oğurladığını göstərən videoları sosiual şəbəkə hesabında yaymışdı.


Bu gün isə baş həkimin işdən uzaqlaşdırılması ilə bağlı açıqlama verilib. Körpələr evində isə məsələ ilə bağlı araşdırma başladılıb.


A.İsmayılova xəbərə münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək bunları yazıb:


“Allaha dua, şükür etməyi unutmayın heç vaxt. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. Allahdan başka heç kimdən qorxmayın. Ürəyiniz Allahla bir olsa, hər zaman sizin yanınızda olar. Hər günümüz üçün çox şükür Allahım".

Nə düşünürsən?