Zamiqin toyu olmayacaq

  • 07.05.2018
  • 0

Müğənni Zamiq Hüseynovun bu aya planlaşdırılan toyu təxirə düşüb.

BAKU.WS
-in oxu.az-a istinadən verdiyi məlumata görə, bu, sənətçinin şəxsi istəyidir. 

Belə ki, Zamiq mətbuatda evliliyi və həyat yoldaşı haqda yazıların maksimum az getməsini istəyir. Həm də cütlük üç ilə yaxındır davam edən münasibətlərində toya ehtiyac görmür.


Digər iddiaya görə, cütlüyün artıq rəsmi nikahı var, Zamiqin toy etməmək fikrini sevgilisi Aydan da normal qarşılayıb və etiraz etməyib.

Qeyd edək ki, Zamiq evlilik xəbərini təsdiqləmiş və toyun may ayında baş tutacağını demişdi.

Nə düşünürsən?