Müğənni Sevil və Sevinc bacıları ARB-nin “Səhər-səhər” verilişinin qonağı olub. Yenicag.az xəbər verir ki, bacılar atalarının qəfil ölümünü xatırlayaraq göz yaşı töküb: “Evin həm də kişisi olmuşuq. Atamız dünyasını dəyişəndə yanımızda nə ana vardı, nə də qardaş. Anam qardaşımla Murmanskda idi, dəfnə gəlib çatmadılar. Atamızı özümüz dəfn etdik. Çox ağır günlərimiz olub”.