Tolik Röya və Flora qalmaqalı haqda: "Biz məcbur deyilik, “metrkamızı” da göstərək ki,"

  • 29.04.2018
  • 0

Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalına münasibət bildirib. Axşam.az xəbər verir ki, prodüser “Hər şey daxil” verilişində xalq artistinin Röyanın köhnə fotosunu paylaşmasını doğru addım hesab etməyib: “16-17 ildir fəaliyyət göstəririk. 10 il qabaq çıxan jurnalı görməyən uşaqlar da görürlər. Biz məcbur deyilik, “metrkamızı” da göstərək ki, orda nə yazılıb. Bəziləri düşünürlər ki, onlar ictimaiyyətdə nəyisə sübut edə bilirlərsə, böyük insanlardır. Böyüklük tamam başqa bir şeydir”. Xatırladaq ki, Flora Kərimova Röyanı oğlunun yanında barmaqla biədəb işarə göstərməsini tənqid etmiş, əməkdar artist onu cavabında “xain, şərəfsiz, ikiüzlü” adlandırmışdı.

Nə düşünürsən?