Aprel döyüşlərində qazi olan əsgərimiz intihar etdi

  • 21.04.2018
  • 0

2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçısı, bu döyüşlərdə ağır yaralanan, ancaq həkimlərin səyi ilə ölümdən xilas olan 26 yaşlı döyüşçü Fazil Abdiyev Tovuz şəhərində intihar edib., aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.Xəbəri Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov təsdiqləyib. İcra hakimiyyətinin başçısının müavini bildirib ki, hazırda faciənin səbəbləri araşdırılır.“Təəssüf ki, igid döyüşçümüz ötən gün intihar edib. Biz xəbəri dünən eşitdik, əməkdaşlarımız yas yerində olublar, dəfndə iştirak ediblər. Onun işlə, dolanışıqla bağlı problem yox idi, biz onu işlə təmin etmişdik. Tikinti sahəsində mühəndis işləyirdi. Görünür psixoloji problemləri olub. Hazırda hansı səbəbdən intihar etdiyi araşdırılır”.Niftalı Qasımov onu da qeyd edib ki, Fazil.Abdiyev ötən il də apreldə intihara cəhd edib: “Yaxınlarından öyrəndik ki, ötən ilin aprel ayında da intihar etmək istəyibmiş. Görünür döyüşdə keçirdiyi psixoloji sarsıntılarla əlaqədar olub”.İntihar faktı bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Nə düşünürsən?