Elariz Məmmədoğlu: "Xatuna məni yamsılamağa qadağa qoymuşam"

  • 19.04.2018
  • 0

Müğənni Elariz Məmmədoğlu “APA TV”-nin “Show time” verilişində onu parodiya edənlərdən danışıb. REKLAM iticket.az Bilet al Native Video by Adributor Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, bir çox aktyorların onu yamsılamasına əsəbiləşir: “Ramil adında biri məni parodiya etdi, ona zəng elədim ki, bala, sən məni parodiya edə bilmirsən. Ona görə də məni parodiya etmə. 2000-ci ildə Tahir İmanov məni parodiya etmişdi. O da kimi parodiya edirsə, səsini salır burnuna. Hamını eyni cür edir. Yəni dedim ki, sən məni yox, Tahir İmanovu parodiya etmisən. Tahir də parodist deyil, sadəcə aktyordur. Ona məni yamsılamağı qadağan etdim". E.Məmmədoğlu daha sonra həmkarı Xatun Əliyevanın parodiyasından danışıb. O, sənətçi ilə aralarında buna görə inciklik yarandığını deyib: “Xatuna dedim ki, sən müğənnisən. Parodiya işinə niyə qarışırsan ki? Sən qadınsan, mən kişi. Niyə məni parodiya edirsən? Mən də səni parodiya edim? Müğənnilər başlasınlar bir-birlərini parodiya etməyə? Yəni bu yaxşı yerə gedib çıxmayacaq. Ona məni yamsılamağa qadağa qoydum. Xatun məni yaxşı parodiya etməyib. Onun etdiyi nəsə başqa şey idi”.

Nə düşünürsən?