Tolikin videosunu yayan kanal işçiləri işdən qovuldu, əkizlər "hələ ki, susurlar"

  • 19.04.2018
  • 0

Prodüser Tarix Əliyevin (Tolik) əməkdar artist Röyanı söyməsi, eyni zamanda çəkiliş meydanında səsləndirdiyi təhqiramiz ifadələrin sosial şəbəkədə yayılması cəmiyyətdə müzakirə mövzusu olub. Yenicag.az-ın əldə etdiyi məlumata görə, yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb. Hadisədə şübhəli bilinən “Hər şey daxil” verilişinin montajçısı və redaktoru işdən qovulub. Mənbənin saytımıza verdiyi məlumata görə, əvvəlcə həmin şəxslərdən görüntüləri sosial şəbəkələrə ötürən şəxsin kimliyini açıqlamaqları tələb edilib . Onlar bu barədə məlumatsız olduqlarını deyiblər. Nəticədə sözügedən şəxslər işdən qovulub. Gecə montajçısı isə sonradan işə qaytarılıb. Telekanal hələ də görüntünü yayan işçinin kimliyini araşdırır. Yenicag.az bildirir ki, sosial şəbəkələrdə bu kadrların Toliklə küsülü olan əkiz bacılar – Sevil, Sevincin əliylə yayıldığı iddia edilir. Məsələ ilə bağlı bacılarla əlaqə saxlamaq istəsək də, suallarımızı onların prodüseri Mehin Əliquliyeva cavablandırıb: “Bu məsələdən xəbərimiz var. Bacılar əgər məsləhət bilsələr İnstaqram səhifələrində cavab verəcəklər. Lakin istəməsələr, danışmayacaqlar. Hələ ki, susurlar…”

Nə düşünürsən?