Vəzifə başında dünyasını dəyişən məmurlarımız - Siyahı

  • 19.04.2018
  • 0

Milli Məclisin üzvü, Cəbrayıl rayonundan deputat Astan Şahverdiyev dünən – 15 aprel tarixində 71 yaşında vəfat edib. Bu fakt vəzifə başında dünyasını dəyişən məmurlarımızı gündəmə gətirib. Axar.az son illərdə vəzifə başında dünyasını dəyişən məmurlardan bəzilərini təqdim edir: 1. Abbas Vəlibəyov, səhiyyə nazirinin birinci müavini – 8 aprel 2018. 2. Abbas Ələsgərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – 18 fevral 2018-ci il. 3. Mərdan Mərdanov, Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri - 22 mart 2017-ci il. 4. Natiq Əliyev, Azərbaycanın Energetika naziri – 8 iyun 2017-ci il. 5. Rauf Pənahov, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini - 7 iyun 2017-ci il. 6. Ağamustafa Vahidov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – 8 dekabr 2017-ci il. 7. Harun Vahabov, Azəriqaz İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi - 14 avqust 2017-ci il. 8. Mehdi Əsədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi, Mülki kollegiyanın sədri vəzifəsini icra edən - 30 sentyabr 2017-ci il. 9. Arif Vəliyev, Dövlət Statistika Komitəsinin sədri – 23 iyun 2014-cü il. 10. Həsənəli Qədimov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərpoçt MMC-nin baş direktor müavini - 6 iyun 2015-ci il. 11. Abbas Salmanov, Azərbaycanın baş xəzinədarı - 14 aprel 2015-ci il.

Nə düşünürsən?