"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlər

  • 18.04.2018
  • 0

Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi. Axşam.az-ın məlumatına görə, açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib. Seyidcahan əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. Müğənni İsgəndərlinin onu günahkar çıxarmasına qəzəbləndiyini gizlətməyib: “Bu söz-söhbətin mediada işıqlanmasını istəməzdim. Açıqlamanı Mətanət yox, mən verməli idim. İnciyən tərəf mən olsam da, heç küsülülüyümü bildirməmişəm. Mətanət xanım elə danışıb ki, günahkar mən olmuşam. Toyda bacı-bacıdan da inciyər, mən də diqqətsiz qalmışdım. Belə şeylərdə kompleks keçirən, aciz olan deyiləm. Xalqıma məxsus toy və şər işlərdə olmaq borcumdur. Elə müğənnilər var ki, kompleks keçirirlər. Toya gəlməzdən əvvəl zəng vururlar ki, məni yaxşı qarşıla, filankəslə otuzdur. Hətta övladımın toyunda mənə bunun üçün zəng edən xalq artisti də olmuşdu. Mətanətdən bunu istəməmişəm ki... Mətanət məni elə qələmə verdi ki, mümkünsüzü istəyən, mərifətsiz, düşüncəsiz, qanacaqsız kimi göründüm. Bunu olduğu kimi danışsam, görərsiniz günah ondadır. Mətanətin xasiyyəti elə budur, ancaq özünü fikirləşir”. E.Seyidcahan əvvəlcə məsələni gizli saxlamağa çalışıb. Sonradan əsəbiləşən sənətçi hər şeyi açıb: “Mənim də xeyir işlərim olub. Bu yaxınlarda isə təqdimat etdim. Bütün qonaqlarımı diqqətdə saxladım. Onların toyunda oxumaq istəyəndə Mətanət mənə qarşı kobudluq etdi. Oxumaq üçün ölmürəm. Heç övladlarımın toyunda oxumamışam. Mətanət xanımda tam əksi oldu. Heç kimə imkan vermədi ki, qızının toyunda oxusun. Ancaq mikrofunu əlinə alıb oxuyurdu. Deyirdi, yorğunam. Əlbəttə, yorğun olacaqsan. Bütün toyu səhnədə dayandın. Elə bil qızının toyu yox, Mətanətin solo konserti idi. Musiqiçilər belə yorulmuşdu. Gedirdi 5 dəqiqə otururdu, tez qayıdıb musiqiçilərin ifasını yarımçıq kəsib, öz mahnısını deyirdi. Musiqiçilər də axırda dedi ki, bizim repertuar başqadır”. Seyidcahan M.İsgəndərlinin qızının xına mərasimində rəqqasə Fatimə Fətəliyevanı incitdiyini deyib: “İlqar Muradovun oğlunun toyunda Brilliant Dadaşova ondan xahiş etdi ki, mahnı oxusun. Amma İlqar bəy etirazını bildirdi. Mətanət isə tam əksinə, ancaq özü oxudu. Xınada Fatimənin başına oyun açıb. Bütün xınanı özü oxumuşdu. Mətanət səhnə görəndə heç kimi ora buraxmaq istəmir. Deyir, özümdə olmamışam. Çox gözəl də olmusan. Mətanəti çox istəyirəm, təki toyları çox olsun, oturub oxusun. Amma bu söhbəti danışmamalı idi. Mən incikliyimi bildirərdim. Mətanətdən inciməmişəm, çünki hələ də toyda gördüyüm hadisənin şokundan ayılmamışam. Onun orada etdikləri bir filmin ssenarisi idi. Qız toyunda ana ağır olar. Hər şey oxudu”. Qeyd edək ki, M.İsgəndərlinin qızı Ülkərin toyu ötən ilin sentyabrında olmuşdu.

Nə düşünürsən?