Nigarın paylaşımı qalmaqal yaratdı...

  • 17.04.2018
  • 0

“Eurovision 2011” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın “Instagram” paylaşımı qalmaqala səbəb olub. Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb. Bu barədə Oxu.Az-a açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib: “Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər”. Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər. oxu az

Nə düşünürsən?