400 minlik toy edən lift müdirinin kürəkənləri arasında QANLI DAVA

  • 17.04.2018
  • 0

Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Aza.az publika.az-a istinadən xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.. İttihama görə, Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq edib.. İstintaq araşdırması zamanı Elşən Əsgərli və tanışlarının Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinin səbəbi məlum olub. Elşən Əsgərli Oqtay Əhmədov və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə məlumatlar yayıb.. Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.. Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərlidən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymasının, onlardan əl çəkməməsinin və əmisi Şahin Əhmədovu təhqir etməsinin səbəbini soruşub. Onların arasında mübahisə yaranıb. . Elşən Əsgərli Oqtay Əhmədovun sifətinə yumruq zərbəsi vurub, daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.. Yanacaqoldurma məntəqəsinin yanında onların mübahisəsi davam edib. Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədov və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.. Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu vurmasına imkan verməyiblər.. Bu vaxt Elşən Əsgərlinin tanışları – Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər. Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.. Daha sonra Azər Nəsibov və Nigar Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.. Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb. . Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb. Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci . (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən

Nə düşünürsən?