Baloglan Üzeyir haqda: "Bu qədər insanın başı xarab deyil ki"

  • 16.04.2018
  • 0

Xəbər verdiyimiz kimi müğənni Üzeyir Mehdizadə bu dəfə də Türkiyədə rəğbət və coşqu ilə qaşılanıb. Bundan öncə də müğənni digər xarici ölkələrdə oxşar şəkildə qarşılanıb. Bəs, Üzeyir Mehdizadəni auditoriya üçün bu qədər cəlbedici edən nədir? BiG.AZ xəbər verir ki. bu haqda Müğənni Baloğlan Əşrəfov Sfera.az-a açıqlamasında bu haqda danışıb: "Allah hər kəsin qismətini onun üçün ayırıb. Bu qədər insanın başı xarab deyil ki, onu belə coşqu ilə qarşılayır. Demək ki, Üzeyirdə nəsə var. Nəsə var ki, o bu coşqunu görür. Guya o xaricdə, Afrikada oxuyanlar nə edir ki, millət onlardan ötrü əldən ayaqdan gedir. Hərənin öz tamaşaçısı var. Adam var bunu istəyir, adam da var, onu istəyir". big az

Nə düşünürsən?