Ədalət Şükürov prezidentlə görüşündən danışdı: "Çox səmimi insandır"

  • 15.04.2018
  • 0

Məlum olduğu kimi, ötən gün Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında Prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibəti ilə möhtəşəm konsert keçirilib. Qeyd edək ki, tədbirdə ölkənin ən tanınmış simaları iştirak ediblər, prezident və xanımı ilə birgə şəkillər çəkdirərək, sosial şəbəkələrdə paylaşıblar. Onların arasında əməkdar artist Ədalət Şükürov da var.. Müğənni konsertlə bağlı öz təəssüratlarını musavat.com-un əməkdaşı ilə bölüşüb: "Seçki ərəfəsində təbliğat-təşviqat prosesi ilə bağlı biz sənətçilər bir çox regionlarda konsertlərdə olduq. Konsertin də məqsədi o idi ki, vətəndaşlarımız aprelin 11-də seçki məntəqələrinə gələrək, səs versinlər.. Yəni kimin hansı namizədə səs verməsi öz işidir. Prezidentimiz İlham Əliyev yenidən prezident seçildikdən sonra möhtəşəm konsert keçirildi. Prezidentin özü çıxış etdi, biz sənətçilər də onu təbrik etdik.. Bildiyiniz kimi, sovet dövründə Azərbaycanın pulu özünə qalmırdı. Amma son 25 ildə bu, belə deyil, dövlətimizin pulu özümüzə qalır. Lakin bir çox insanlar nədənsə narazıdır. . Bu narazılıq dünyanın bütün ölkələrində var. Hansısa xarici ölkəyə gedəndə bu narazılıqları görmək olur. Hazırda 25 ildə bu cür nailiyyətləri əldə etmişiksə, bu, böyük nəticədir. . Bizi Almaniya, İngiltərə, ABŞ ilə müqayisə etmək doğru deyil. Çünki həmin ölkələr müharibə şəraitində deyillər və nəhayət, Azərbaycan həmin ölkələr kimi böyük ölkə deyil. Əminəm ki, bundan sonra ölkəmiz daha da inkişaf edəcək".. Müğənni prezidentlə görüşməsindən də danışıb: "Həddindən artıq çox səmimi insandır. Eyni zamanda xanımı da səmimidir. Mən bir neçə məclisdə onların bu səmimiyyətini görmüşəm"..

Nə düşünürsən?