ŞOK! Pakistanda hamilə müğənnini güllələdilər: Rəqs etmədiyinə görə

  • 12.04.2018
  • 0

Paksitanda 24 yaşlı müğənni Samina Samunu (Sindhu adı ilə çıxış edirdi) səhnədə konsert zamanı rəqs etməkdən imtina etdiyi üçün güllələyiblər. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hamiləliyinin altıncı ayında olan müğənni konserti zamanı ayaq üstdə oxumaqda çətinlik çəkib. İfaçı köməkçisindən səhnəyə stul gətirməyini xahiş edib. Sənətçi oturaraq mahnılarını ifa edib, onu izləyən tamaşaçılar isə buna etiraz edib. Səhnəyə çıxan üç kişi etiraza məhəl qoymayan Simonun başından pul tökməyə başlayıb və müğənni ayağa durmağa məcbur olub. Daha sonra Tarik Catoy müğənnidən rəqs etməyi tələb edib. Lakin rədd cavabı aldıqda ifaçıya tapançadan atəş açıb. Samina Samun xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Müğənninin qatili polis tərəfindən saxlanılıb.

Nə düşünürsən?