Qeyri-adi toy karvanı görənlərin marağına səbəb oldu

  • 09.04.2018
  • 0

Türkiyənin Manisa şəhərində maraqlı hadisə baş verib. Axşam.az "Posta"ya istinadən xəbər verir ki, Tuba Ünlü Güner ilə Hasan Güner adlı cütlüyün toy karvanı görənlərin marağına səbəb olub. Belə ki, bir traktor firmasının rəhbəri Ali Güner gəlinin dalınca avtomobil deyil, elə şirkətinin traktorlarını göndərib. Gəlinin də mindiyi traktor daxil olmaqla, karvanda ümumi 15 traktor olub. Qeyri-adi toy karvanını görənlər bunu mobil telefonlar vasitəsilə lentə alıblar.

Nə düşünürsən?