Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi

  • 09.04.2018
  • 0

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb. Axşam.az Kulis.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb. F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”. Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.

Nə düşünürsən?