"Maşın" şoudan sonra gözümdən düşdün" - Malikdən Samirə

  • 07.04.2018
  • 0

Müğənnilər Samir Cavadzadə ilə ABD Malik küsülü imiş. Axşam.az-ın məlumatına görə, sənətçilər bu haqda “V element” verilişində deyib. Malik Samirə “Maşın” şoudan sonra gözdən düşdüyünü deyib: “Səninlə yaxşı dost idik. Amma realiti-şoudan sonra gözümdən düşdün. Dostluğu qorumadın. Mənə qarşı orada düzgün etmədin. Orada səni mənə qarşı yanındakılar döndərdi”. Samir isə Maliklə aralarındakı narazıçılığın səbəbini açıqlayıb: “Malik orada dedi ki, guya mən içki içirəm və gedib başqalarına nələrsə danışıram. Sənin verilişdə işlətdiyin ifadədən sonra mənim də üzüm çöndü. Hələ də sənin içində qalıb o söhbəti”.

Nə düşünürsən?