Anar “Bandotdel”ə çağırılan arvadı haqda: “Ərə gələn gündən məni şərləyir”

  • 30.03.2018
  • 0

Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb. O, keçmiş qayınatası, eks-deputat Rizvan Cəbiyevin ondan şikayətçi olduğunu söyləyib: “Oğlu bir yandan, atası da bir yandan hədələyir “. Məsələyə aydınlıq gətirmək üçün Anar Nağılbazla əlaqə saxladıq. Yenicag.az-a açıqlama verən Nağılbaz keçmiş həyat yoldaşının özünü axırıncı yola qoyduğunu deyib: “Bu qadın indi də atamı şərləyir. Deyəsən çaşıb, biz ziyalı nəsilik, hər kəs atamı da yaxşı tanıyır, ailəmizi də. Sadəcə olaraq, o qadın şan-şöhrət hərisidir, bütün günü reklam olunmasını istəyir. Adam özünü axırıncı yola qoymaz, ayıbdır. Altı qardaşı var, ikisi rəhmətə gedib. Gör nə həddə çatdırıb ki, dörd qardaşın biri qabağıma çıxa bilmir, çünki bacılarını yaxşı tanıyırlar. O, ərə gələn gündən məni şərləyir. İndi də şərləməkdə davam edir. Onsuz da yaxın vaxtlarda dəlil-sübutla hər şey yoluna düşəcək. Qanunlarımız yaxşı işləyir və haqq öz yerini tapacaq”. Qeyd edək ki, xəbəri Qafqazinfo-ya A. Cəbiyevanın özü verib. Cəvahir

Nə düşünürsən?