Qızının zorlandığını öyrənən ata qatil oldu Sən demə öldürülən

  • 29.03.2018
  • 0

Adanada 17 yaşlı Muhammet Reşit Yıldırım Emrah B. tərəfindən qətlə yetirilib. BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Emrah açıqlamasında Muhammetin qızı F.N.B.-yə təcavüz etdiyini bildirib: "Qızımdan 10 dəfə soruşdum. Mənə Muhammetdən hamilə olduğunu dedi. Mən də onu güllələdim, bunu götürə bilməzdim". Olayın ardından polisə çağırılan 15 yaşlı qızın ifadəsi isə eşidənləri şok edib. O, Muhammetdən deyil, başqa kişidən hamilə olduğunu deyib: "Öldürülən Muhammet ilə cinsi əlaqədə olmamışam. Mən atamın qohumu M.Ç. ilə münasibətdə olmuşam. Atamın münasibətimizi öyrənəndə onu öldürəcəyindən qorxdum, buna görə də Muhammet Reşitin adını verdim. Onunla 3 ay dostluğumuz olub. Üzr istəyirəm, çox peşmanam". 15 yaşlı qız həbs edilib.(BIG AZ)