Rusiya Britaniya diplomatlarını ölkədən çıxardı

  • 23.03.2018
  • 0

Böyük Britaniyanın Moskvadakı səfirliyinin bir qrup əməkdaşı bu gün Rusiyadan deportasiya edilib. Teleqraf.com xəbər verir ki, ingilis diplomatlar 3 mikroavtubsa əyləşərək Moskvadakı səfirliyi tərk etməzdən əvvəl səfirliyin iş başında olan əməkdaşları tərəfindən alqışla yola salınıb. Qeyd edək ki, bu addımı Rusiya Londonda fəaliyyət göstərən 23 diplomatının Böyük Britaniyadan çıxarılmasına qarşı atıb. Əlavə edək ki, Londondan deportasiya edilən rus diplomatlar martın 21-də Moskvaya uçublar.

Nə düşünürsən?