Sarkozi bütün ittihamları rədd etdi

  • 23.03.2018
  • 0

2007-ci il seçki kampaniyasının maliyyələşməsi məqsədilə keçmiş Liviya diktatoru Müəmmər Qəddafindən qanunsuz yolla maddi vəsait qəbul etməkdə təqsirləndirilən Nikola Sarkozi ittihamlara cavab verib. Oxu.Az “Euronews”a istinadən xəbər verir ki, Fransanın “TF1” telekanalına müsahibə verən Sarkozi, Qəddafinin ona maliyyə yardımı göstərməsinə dair hər hansı maddi sübutun olmadığını bildirib. “Onun oğlu, mənfur Seyf Qəddafi deyib ki, “Sarkozi bizim pullarımızı qaytarlamılıdır”. Əlavə edib ki, guya onların əlində bununla bağlı fotoşəkillər, yazılar və bank köçürmələrinin qəbzləri və nömrələri var. Bu bəyanatı 16 mart 2011-ci ildə səsləndirib. İndi isə 2018-ci ildir. Heç bir sənəd, heç bir foto, heç bir hesab nömrəsi və ya hər hansı maddi sübut yoxdur, yalnız nifrət var” deyə Sarkozi bildirib.

Nə düşünürsən?