Ata 3 aylıq qızını yerə çırpıb, qolunu sındırıb

  • 22.03.2018
  • 0

26 yaşlı kişi 3 aylıq qızını vəhşicəsinə döyərək ölümcül hala salıb. Dəhşətli hadisə Ukraynada baş verib. 26 yaşlı kişi evdə 3 aylıq qızı ilə tək olub. Uşaq ağlamağa başlayıb. Uşağı sakitləşdirməyə çalışan kişi buna nail ola bilmədiyini görüb və uşağı 2 dəfə qucağına alaraq yerə çırpıb. Qolundan tutub çarpayıya fırladanda qolunu çıxarıb. Həyat yoldaşı evə gəldiyində gördüyü mənzərənin qarşısında şoka düşüb. Təcili uşağı xəstəxanaya aparan qadının polisə ifadəsi hər kəsi dəhşətə gətirib. Qadın ərinin ona təcavüz etdiyini deyib: "Mənə təcavüz edib. Övladıma ziyan vurmayacağı təqdirdə, bunu polisə deməyəcəkdim. Amma qızım artıq ölüm ayağındadır. Daha onunla eyni yerdə qala bilmərəm. Mənə kömək edin". Müayinə zamanı uşağa qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa, bədənində çoxsaylı zədələr, sümüklərin sınığı aşkarlanıb. Uşağın daha əvvəl də şiddətə məruz qaldığı və omba sümüyünün sındığı məlum olub. Hazırda uşaq reanimasiyada saxlanılır və vəziyyəti ağır olaraq qalır. Polis faktla bağlı cinayət işi açıb. 26 yaşlı kişi şübhəli şəxs qismində saxlanılıb. Onu 8 il həbs gözləyir.

Nə düşünürsən?